Heard of the Skyscraper work into he Make head in it a int the fight world into the make it Technique?
- Tələbə vizası üçün ümumi məlumat
- İngiltərə tələbə vizası üçün tələb olunan sənədlər
- CAS sənədi - Qəbul məktubu
- Tələbə vizası üçün maliyyə faktoru - 28 gün qaydası
- Müraciət prosesi
- Viza ekspertiylə tələbə vizası
Birləşmiş Krallıq - tələbə vizası
- Tələbə vizası üçün ümumi məlumat
- İngiltərə tələbə vizası üçün tələb olunan sənədlər
- CAS sənədi - Qəbul məktubu
- Tələbə vizası üçün maliyyə faktoru - 28 gün qaydası
- Müraciət prosesi
- Viza ekspertiylə tələbə vizası
Birləşmiş Krallıqda təhsil almaq tələbələr üçün çoxsaylı üstünlüklər təqdim edir və bu ölkə dünyanın ən prestijli təhsil mərkəzlərindən biri hesab olunur. İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı əhatə edən Birləşmiş Krallıqda yerləşən universitetlər yüksək təhsil standartlarına malikdir və dünyanın ən yaxşı universitet reytinqlərində daim üst sıralarda yer alır. Burada təhsil almaq tələbələrə beynəlxalq səviyyədə tanınan diplomlar təqdim edir ki, bu da qlobal əmək bazarında daha çox iş imkanları yaradır. Tədris prosesinin praktik və innovativ olması, tələbələrin nəzəri biliklərini real həyatda tətbiq etməsinə imkan yaradır və onları müasir əmək bazarının tələblərinə uyğun hazırlayır. Birləşmiş Krallıqda təhsil müddətinin əksər proqramlar üçün qısa olması – bakalavr pilləsində 3 il, magistr pilləsində isə 1 il – həm vaxt, həm də maliyyə baxımından daha səmərəli təhsil almağa şərait yaradır. Bununla yanaşı, tələbələrə təqdim olunan müxtəlif təqaüdlər və iş imkanları onların maliyyə yükünü azaldır. Britaniyada təhsil almaq, eyni zamanda, tarixi və mədəni zənginliklərlə dolu bir mühitdə yaşamaq deməkdir. Tələbələr burada tarixi abidələri ziyarət edə, müxtəlif festivallarda iştirak edə və unudulmaz təcrübələr yaşaya bilərlər. Bütün bu üstünlüklər Birləşmiş Krallığı tələbələr üçün ideal təhsil mərkəzi edir.
Bütün bu üstünlüklərinə görə İngiltərə təhsil vizası Azərbaycan tələbələri arasında ən çox müraciət edilən təhsil vizaları arasındadır. İngiltərə təhsil vizasının proses müddəti 3-4 həftə, bəzən isə daha uzun çəkə bilər. Rəsmi proses müddəti 15 iş günü sayılır, lakin pik dönəmlərdə viza prosesi daha erkən başlamaq məsləhətdir. Birləşmiş Krallıq tərəfindən təklif olunan sürətləndirilmiş vizaya baxılma xidməti mövcuddur, onun əsasında viza cavabını 5 iş günü ərzində almaq mümkündür. Bu xidmətin hazırki rüsumu 500 funt təşkil edir, və bu ödəniş viza cavabı vaxtında çıxmasa belə geri qaytarılmır.
Tələbə vizası üçün ümumi məlumat
İngiltərə tələbə viza prosesi bir çox başqa ölkənin vizasından fərqlənir. Viza qərarını İngiltərənin miqrasiya qurumu sayılan UK Home Office verir, lakin administrativ proseslər konsulluq və viza mərkəzi tərəfindən idarə olunur. İngiltərə viza prosesi üçün ilk öncə bütün sənədlər toplanılır, və onların üzərindəki məlumatların əsasında müraciət formu onlayn doldurulur. Növbəti mərhələ ödənişləri edib randevu almaqdır. İngiltərə tələbə vizası prosesində randevu yalnız administrativ işlər üçün lazımdır: xarici pasportun təhvili və biometrik məlumatların verilməsi (barmaq izni və yerindəcə çəkilən şəkil). Viza randevusu İngiltərərənin rəsmi viza mərkəzində baş verir, lakin həmin qurumun viza prosesinə heç bir təsiri yoxdur, viza prosesinə baxılma və qərarın verilməsi UK Home Office-in öhdəliyində olur.
İngiltərə tələbə vizası üçün tələb olunan sənədlər
İngiltərə təhsil vizasına müraciət üçün sənəd siyahısı aşağıdakı kimidir:
1. Xarici pasport
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. CAS məktubu (Confirmation of Acceptance for Studies)
4. Ödəniş qəbzi
5. Tuberkuloz testi (yalnız bu proses üçün akkreditə olunan klinikadan alınmalıdır)
6. Bank hesabınızdan arayış və həmin hesabdan çıxarış
7. İngiltərədə yaşayacağınız yer ilə bağlı sənəd (artıq bəllidirsə)
8. CAS məktubunda qeyd olunan və qəbul üçün verilən sənədlər (dil sertifikatı, attestat, və s)
Sponsordan sənədlər:
1. İş yerindən arayış
2. Maaş kartından çıxarış (minimum 3 ay)
3. Sponsorluq məktubu 4. Şəxsiyyət vəsiqəsinin surəti
* Bütün sənədlər ingilis dilində və ya ingilis dilinə tərcümə təsdiq ilə olmalıdır
**18 yaşdan aşağı müraciətçilər üçün əlavə sənədlər tələb olunur
CAS sənədi - Qəbul məktubu
CAS məktubu Birləşmiş Krallıq təhsil viza prosesində ən önəmli sənəd sayılır. Siz təhsil qurumundan qəbul aldıqda onlar tərəfindən sizə göndərilən son versiya qəbul məktubu CAS məktubu olur (Confirmation of Acceptance for Studies). CAS məktubunu almaq üçün adətən təhsil qurumuna təyin olunmuş ödənişin bir hissəsini etmək lazm olur. Bu məktub İngiltərə təhsil viza prosesi üçün lazım olan bir çox məlumatı əks etdirir, həmin məlumatlara əsasən tələbəyə lazım olan individual sənəd siyahısı bəlli olur. İngiltərə tələbə vizasının əsas sənədi olan CAS məktubunda qeyd olunan məlumatlar arasında tələbənin şəxsi məlumatları, təhsil qurumunun məlumatları, qəbulun detalları, ödəniş detalları, və s kimi məlumatlar olur. CAS məktubun alınması adətən 1-2 həftə çəkir, bəzən daha uzun müddət də lazım ola bilir, bununla əlaqədar olaraq qəbul alan kimi təhsil qurumunu bu məktubu göndərmələri üçün tələsdirmək məsləhətdir.
Tələbə vizası üçün maliyyə faktoru - 28 gün qaydası
Birləşmiş Krallığın təhsil vizasında maliyyə faktoru mütləq öncədən nəzərə alınmalı olan bəlli qaydası olan bir prosesdir. Sənəd siyahısında yer alan bu bənd *Bankdan məbləğlə bağlı arayış və mütləq çıxarış* digər vizalardan fərqli olaraq qısa müddətə həll oluna bilməz. İngiltərə təhsil viza prosesi üçün qoyulan tələb bankda göstərilən məbləğin həmin hesabda minimum 28 gün qalmasıdır. Bu müddət ərzində həmin məbləği azaltmaq və ya sıfırlamaq qəti qadağandır, əks təqdirdə birbaşa viza imtinası veriləcəkdir.
Bankda göstərilməli olan məbləğ CAS məktubun detallarına əsasən dəyişir. Universitetin yerləşdiyi şəhər, proqramın müddəti, təhsil qurumunun xərcləri, öncədən edilən ödənəşlər, qalınacaq yerin təmin olunması və s kimi faktorları nəzərə almaqla hesabda göstərmək üçün dəqiq məbləği hesablamaq mümkündür.
Hesabda göstərilən məbləğin mənbəyini əsaslandırmaq üçün əlavə sənədlərin təqdim olunması mütləqdir. Tələbənin yaşı və iş təcrübəsindən asılı olaraq, maliyyəni öz sənədləri əsasında və ya sponsor üzərindən təqdim etmək mümkündür.
Sponsorun müraciətçinin 1ci dərəcəli ailə üzvü olması daha üstün sayılır, daha spesifik olaraq, valideyn və ya həyat yoldaşı. Sponsorluqla müraciət etmək üçün sponsorun rəsmi gəliri nəzərə alınır (işçi, sahibkar, təqaüdçü, və s), və buna uyğun dəqiq sənəd siyahısı təyin olunur.
Müraciət prosesi
İngiltərə tələbə vizası prosesinə Birləşmiş Krallığın özündə baxıldığı üçün fiziki sənədlər tələb olunmur, bütün sənədlər elektron formatda da keçərlidir. Fikizi olan sənədlərin skanı tələb olunur və bütün sənədlər viza müraciəti üçün yaradılan portala yüklənilir. Bütün tələb olunan sənədləri tam formada portala mütləq viza randevusuna qədər yükləmək lazımdır, randevudan sonra heç bir sənədi əlavə etmək və ya dəyişmək mümkün deyil. Sənədlərin çatışmazlığı birbaşa viza imtinasına gətirə bilər, bu halda viza müraciətini yenidən etmək lazım olacaq.
İngiltərə təhsil vizasında önəmli mərhələlərdən biri Immigration healthcare surcharge (IHS) adlı rüsumun ödənilməsidir. Bu rüsum Birşləşmiş Krallıq tərəfindən təyin olunan sığorta rüsumudur, onun məbləği bir neçə amildən asılı olaraq individual olaraq dəyişir. Bu amillərdən bəziləri: tələbənin yaşı, gedəcəyi şəhər, oxuyacağı müddət və s. Qeyd edək ki, viza müraciəti imtina ilə nəticələndikdə, bu rüsum viza rüsumundan fərqli olaraq tam olaraq müraciətçinin bank kartına geri ödənilir.
Viza ekspertiylə tələbə vizası
Komandamız turist vizaları ilə yanaşı tələbə vizaları ilə də bağlı ixtisaslaşmışdır. Biz sizə İngiltərə tələbə vizası üçün ərizə formasının doldurulması, tələb olunan sənədlərin toplanması və onlayn müraciətə tam dəstək olacayıq. İngiltərə təhsil vizası ilə bağlı suallarınız və ya müraciət üçün bizimlə əlaqə saxlayın:
Ünvan: Fikrət Əmirov 1, Bakı
Telefon: 050 319 51 11