Heard of the Skyscraper work into he Make head in it a int the fight world into the make it Technique?
- Kanada vizası - ümumi məlumat
- Kanada tələbə viza müraciəti üçün tələb olunan sənədlər
- Müraciət prosesi
- Motivasiya məktubu
- Maliyyə faktoru
- Viza ekspertiylə Kanada tələbə vizası
Kanada tələbə vizasını necə almaq olar?
- Kanada vizası - ümumi məlumat
- Kanada tələbə viza müraciəti üçün tələb olunan sənədlər
- Müraciət prosesi
- Motivasiya məktubu
- Maliyyə faktoru
- Viza ekspertiylə Kanada tələbə vizası
Kanada təhsil almaq üçün dünyanın ən təhlükəsiz, yaşamaq üçün əlverişli və təhsil baxımından inkişaf etmiş ölkələrindən hesab olunur. Kanadanın universitetləri yüksək keyfiyyətli təhsil standartları ilə bütün dünyada tanınır və qlobal reytinqlərdə mühim mövqeyə malikdir. University of Toronto, University of British Columbia və digər top re Kanadada təhsil almaq tələbələrə beynəlxalq səviyyədə tanınan diplomlar almaq fürsətini təqdim edir və ixtisası üzrə daha geniş iş imkanları yaradır. Ölkədəki təhlükəsizlik və yüksək həyat standartları seçim zamanı öz sözünü deyir. Xarici tələbələr üçün Kanadanı daha da cəlbedici edən mühüm faktorlardan biri, buradakı yaşayış xərclərinin və təhsil haqqının digər ölkələrlə müqayisədə daha münasib olmasıdır. Bu bloqumuzda biz Kanadada təhsil almaq üçün tələb olunan viza şərtlərini sizinlə bölüşəcəyik.
Kanada vizası - ümumi məlumat
Kanada tələbə vizası prosesi bir çox başqa ölkənin viza prosesindən fərqlənir. Viza qərarını Kanadanın miqrasıya qurumu verir, lakin administrativ proseslər konsulluq və viza mərkəzi tərəfindən idarə olunur. Kanada təhsil viza müraciəti üçün ilkin olaraq bütün sənədlər tam toplanılır, və onların əsasında prosesin 2ci və əsas olan mərhələsi online aparılır. Kanada viza prosesinin texniki hissəsi tam olaraq müvafiq portal üzərindən aparılır. Bütün sənədlər skan və ya elektron versiyada həmin portalda yaradılan şəxsi hesaba yüklənilir, ərizə formu portalda doldurulur, və viza rüsumu online ödənilir.
Kanada tələbə viza müraciəti üçün tələb olunan sənədlər
Kanada tələbə vizasına müraciət üçün sənəd siyahısı aşağıdakı kimidir:
1. Xarici pasport
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Dijtal ağ fonda şəkil 3.5x4.5 ölçüdə
4. Qəbul məktubu
5. PAL (Provincial attestation letter)
6. Ödəniş qəbzi
7. Bank hesabından arayış və çıxarış (minimum 6 ay)
8. Məhkumsuzluq arayışı
9. Motivasiya məktubu
10. Attestat/Bakalavr diplomu və transkript
11. Qəbul üçün verilən sənədlər (CV, dil sertifikati, tövsiyyə məktubları və s)
Sponsordan sənədlər:
1) Sponsorluq məktubu
2) İş yerindən arayış
3) Maaş kartından çıxarış
4) Şəxsiyyət vəsiqəsinin surəti
* Bütün sənədlər ingilis dilində və ya ingilis dilinə notarial tərcümə təsdiq ilə olmalıdır
**18 yaşdan aşağı müraciətçilər üçün əlavə sənədlər tələb olunur
Müraciət prosesi
Kanada tələbə vizası üçün səfirliyin tələb etdiyi sənədlər onlayn qaydada portala yüklənir və daha sonra siz Kanada tələbə vizasının rüsumunu ödəyib, cavabınızı gözləyirsiniz. Bundan sonraki proses portaldaki şəxsi hesab üzərindən izlənilir, bütün məlumatlar yalnız oraya gəlir.
Viza müraciəti online təsdiqləndikdən sonra 1-5 gün ərzində portaldaki şəxsi hesaba barmaq iznin verilməsi üçün məktub gəlir, həmin məktub əsasında Kanadanın Azərbaycandaki rəsmi viza mərkəzində randevu təyin etmək lazımdır. Bu proses məktub gəldiyi gündən etibarən 30 gün ərzində baş verməlidir. Həmin randevuya getdikdə yalnız barmaq izi verilir, bunun üçün tələb olunan 85 CAD ödənişini artıq öncədən etmiş olursunuz, viza rüsumu ödənildiyi zaman artıq 85 CAD da online ödənilən məbləğin içində olur. Viza randevusu Kanadanın rəsmi viza mərkəzində baş versə də, həmin qurumun viza prosesinə heç bir təsiri yoxdur, viza prosesinə baxılma və qərarın verilməsi birbaşa Kanadadaki qurumda baş verir.
Randevu günündən etibarən viza müraciətinə baxılır və bu proses aylar çəkə bilər. Əlavə sənəd tələbi olarsa şəxsi hesaba bu barədə məktub göndəriləcək. Əlavə sual yaranmadıqda birbaşa viza nəticəsi ilə bağlı müvafiq məktub portala göndərilir: imtina məktubu və ya xarici pasport sorğusu adlı məktub. Kanada viza prosesi uzun çəkdiyi üçün bütün proses ərzində xarici pasport müraciətçidə qalır və yalnız viza cavabı müsbət olduğu halda təqdim edilməyi tələb olunur. Viza müraciətinin müsbət nəticələndiyinə dair məlumat xarici pasport sorğusunda qeyd edilir və 30 gün ərzində xarici pasportun əslini Bakidaki Kanada viza mərkəzinə təqdim etmək tələb olunur (artıq randevu tələb olunmur). Viza mərkəzi xarici pasportu Ankaradaki Kanada səfirliyinə göndərir, orada viza yapışdırılır və xarici pasport Bakiya geri göndərilir.
Motivasiya məktubu
Kanada tələbə viza müraciəti zamanı motivasiya məktubu çox böyük rol oynayır və qətiyyən formal olan sənəd deyil, motivasiya məktubun məzmunu birbaşa viza nəticəsinə təsir edə bilər. Müraciət zamanı viza üçün təqdim etdiyiniz bütün digər sənədlər ayrı ayrılıqda önəm daşıyır və nəzərə alınır, lakin bu prosesdə konsulnan birbaşa ünsiyyət olmadığı üçün, motivasiya məktubu özünüzü tam ətraflı ifadə etmək üçün mükəmməl fürsətdir.
Kanada tələbə vizası üçün motivasiya məktubunu yazarkən nəzərə alınmalı olan və ətraflı izah olunmalı olan bəzi məqamlar var. Ümumi olaraq, məsləhətdir ki, məktubu yazmadan öncə qeyd olunacaq bəndləri əsaslandırmaq üçün uyğun yöndə araşdırma və analiz edilsin. Həmin məktub tam olaraq tələbəni əks etdirməlidir və individual məqamları aydın şəkildə izah etməlidir.
Motivasiya məktubunda bu məqamları ahətə etmək məsləhətdir: müraciətçinin kim olduğu ilə bağlı qısa məlumat, öncəki təhsiliniz və iş təcrubəniz, sosial fəaliyyətiniz, maliyyə faktoru, gələcək planlarınız və Kanadanı/həmin təhsil qurumunu/ixtisası seçmə səbəbləriniz. Bu məqamların hər biri ilə bağlı lazımi məlumatı verib ümumi olaraq məktubda hər birini əlaqələndirməyiniz arzuolunandır. Unutmayın ki, məktubu oxuyan şəxs sizinlə bağlı heç bir fikrə malik deyil və motivasiya məktubunuz əsasında sizin Kanadaya gəlmə səbəblərinizi və motivasiyanızı anlayıb, bu vizaya uyğun olub olmadığınızı qərar verəcək.
Maliyyə faktoru
Kanada təhsil vizasında son qərara təsir edən bir neçə əsas məqam var, və maliyyə faktoru da onlardan biridir. Viza müraciəti zamanı təhsil müddəti ərzində hansı vəsaitlə yaşayacağınızı və təhsil xərclərinizi necə ödəyəcəyinizi sənədlər üzərində əks etdirmək lazımdır. Bunun üçün bank hesabında bəlli məbləği göstərmək tələb olunur, həmin məbləğ individual olaraq hesablanır və qəbul məktubun detallarına əsasən dəyişir. Təhsil qurumunun illik xərcləri və yerləşdiyi şəhər, təhsil proqramının müddəti, öncədən edilən ödənişlər, qalınacaq yerin təmin olunması və s kimi faktorlar mütləq nəzərə alınmalıdır.
Lakin, viza müraciəti üçün bank hesabında lazımi məbləği göstərmək kifayət etmir, həmin göstərilən məbləğin mənbəyini də əsaslandırmaq vacibdir. Bunun üçün əlavə sənədlərin təqdim olunması mütləqdir. Tələbənin yaşından asılı olaraq, ya özu ya onunla ailə bağı olan sponsor maliyyəni əsaslandıra bilər. Maliyyənin mənbəyini göstərmək üçün yalnız rəsmi gəlir nəzərə alınır (iş, sahibkarlıq, təqaüd, kirayə və s), və bu yöndə uyğun sənədlər göstərilir.
Viza ekspertiylə Kanada tələbə vizası
Komandamız turist vizaları ilə yanaşı tələbə vizaları ilə də bağlı ixtisaslaşmışdır. Biz sizə motivasiya məktubu yazmaq, tələb olunan sənədlərin toplanması və onlayn müraciətə tam dəstək olacayıq. Kanada təhsil vizası ilə bağlı suallarınız və ya müraciət üçün bizimlə əlaqə saxlayın:
Ünvan: Fikrət Əmirov 1, Bakı
Telefon: 050 319 51 11