Heard of the Skyscraper work into he Make head in it a int the fight world into the make it Technique?
- İspaniya tələbə vizası- ümumi məlumat
- İspaniya tələbə vizası üçün sənəd siyahısı
- Apostil və tərcümə-təsdiq qaydası
- İspaniya vizasında maliyyə detalları
- Viza ekspertindən İspaniyaya tələbə vizası dəstəyi
İspaniya təhsil vizasını necə almaq olar?
- İspaniya tələbə vizası- ümumi məlumat
- İspaniya tələbə vizası üçün sənəd siyahısı
- Apostil və tərcümə-təsdiq qaydası
- İspaniya vizasında maliyyə detalları
- Viza ekspertindən İspaniyaya tələbə vizası dəstəyi
İspaniyada təhsil almaq tələbələr üçün unikal üstünlüklər təqdim edir və bu ölkə Avropanın ən populyar təhsil istiqamətlərindən biri hesab olunur. Barselona, Madrid, Valensiya və Sevilla kimi şəhərlərdə yerləşən universitetlər yüksək təhsil standartlarına malikdir və beynəlxalq səviyyədə tanınır. İspan universitetləri Avropanın Boloniya prosesinə uyğun olaraq müasir tədris proqramları təqdim edir, bu da məzunlara qlobal əmək bazarında rəqabət üstünlüyü qazandırır. Tələbələr burada müxtəlif ixtisaslar üzrə praktik və nəzəri biliklər əldə edərək, müasir iş mühitinin tələblərinə uyğun hazırlıq keçirlər.
Bundan əlavə, İspaniyada təhsil alan tələbələr ölkənin zəngin mədəniyyətini, rəngarəng tarixi və multikultural mühitini yaxından öyrənmək imkanı qazanır. Həmçinin, bu ölkədəki mülayim iqlim, münasib yaşayış xərcləri və tələbələrə təqdim olunan geniş sosial dəstək proqramları İspaniyanı xarici tələbələr üçün cəlbedici edir. Tələbələr həmçinin ispan dilini öyrənməklə qlobal dünyagörüşünü genişləndirir və peşəkar əlaqələrini inkişaf etdirirlər.
İspaniya tələbə vizası- ümumi məlumat
İspaniya təhsil vizası üçün Türkiyədəki İspaniya səfirliyinə müraciət edilir. Milli viza növü olan bu vizanın proses müddəti 3-8 həftə, bəzən isə daha uzun çəkə bilər. Azərbaycanda İspaniya konsulluğu olmadığı üçün İspaniya milli vizasını Azərbaycan vətəndaşları Türkiyədən alır. İspaniya təhsil vizası üçün müraciət Ankaradan edilir, müraciəti üçün öncədən viza randevusunu almaq mütləqdir. Müraciət üçün şəxsin Ankaradakı İspaniya viza mərkəzində şəxsi iştirakı mütləqdir. Sənədlərdə hər hansı səhv olduqda, viza müraciəti qəbul olunmur və yenidən randevu almaqla müraciət etmək lazım olur. Qeyd edək ki, İspaniya tələbə vizası prosesi ərzində xarici pasportun orada qalmağı arzuolunandır, lakin Azərbaycan vətəndaşları üçün bu məqamla bağlı bəzi istisnavi alternativlər mümkündür.
İspaniya tələbə vizası üçün sənəd siyahısı
Vizaya müraciət üçün sənəd siyahısı aşağıdakı kimidir:
1. Xarici pasport
2. Şəxsiyyət vəsiqənizin surəti
3. 2 ədəd 3.5x4.5 ölçüdə ağ fonda biometrik şəkil
4. Universitetdən qəbul sənədi
5. Universitetə ödəniş qəbzi
6. Məhkumsuzluq sənədi (ikili apostil və tərcümə təsdiq ilə)
7. Tibbi arayış (ikili apostil və tərcümə təsdiq ilə)
8. Yaşayış yeri haqqında arayış
9. Attestat/Bakalavr diplomu və transkript
10. Motivasiya məktubu
11. Sığorta (İspaniya şirkətindən edilməlidir)
12. Bank hesabınızdan arayış və həmin hesabdan çıxarış
13. Əlavə gücləndirici sənədlər (CV, dil sertifikatı və s)
14. Sponsordan sənədlər: iş yerindən arayış, maaş kartından çıxarış, sponsorluq məktubu
*18 yaşdan aşağı müraciətçilər üçün əlavə sənədlər tələb olunur.
Apostil və tərcümə-təsdiq qaydası
İspaniya təhsil vizasına müraciət zamanı bəzi sənədlərin tanınması üçün ikili apostil prosesi tələb olunur. əlavə olaraq sənədlər Azərbaycan dilində olduğundan onların notarial qaydada İspan dilinə tərcümə təsdiqi də mütləqdir. Tam düzgün formada hazırlanan bu sənədləri müraciət zamanı digər sənədlərlə birgə verməlisiniz. İspaniya təhsil vizası üçün bu prosesin bəlli tələb olunan ardıcılığı var və ona riayət etmək çox önəmlidir. Qeyd edək ki, bütün sənədlər yalnız İspan dilində qəbul olunur, İngilis dilində sənədlər qəbul olunmur.
İspaniya vizasında maliyyə detalları
İspaniya təhsil vizası prosesində ən önəmli faktorlardan biri maliyyə sayılır. Bankda göstərilməli olan məbləğin miqdarı qəbul məktubun detallarına əsasən dəyişir. Universitetin yerləşdiyi şəhər, proqramın müddəti, universitetin illik xərci, öncədən edilən ödənəşlər və s kimi faktorları nəzərə almaqla hesabda göstərmək üçün dəqiq məbləği hesablamaq mümkündür.
Hesabda göstərilən məbləğin mənbəyini əsaslandırmaq üçün əlavə sənədlərin təqdim olunması mütləqdir. Tələbənin yaşı və təcrübəsindən asılı olaraq, maliyyəni öz sənədləri əsasında və ya sponsor üzərindən təqdim etmək mümkündür.
Sponsorun müraciətçinin 1ci dərəcəli ailə üzvü olması daha üstün sayılır, daha spesifik olaraq, valideyn və ya həyat yoldaşı. Sponsorluqla müraciət etmək üçün sponsorun rəsmi gəliri nəzərə alınır (işçi, sahibkar, təqaüdçü, və s), və buna uyğun dəqiq sənədlər təyin olunur.
Viza ekspertindən İspaniyaya tələbə vizası dəstəyi
Komandamız turist vizaları ilə yanaşı tələbə vizaları ilə də bağlı ixtisaslaşmışdır. Biz sizə İspaniya tələbə vizası üçün motivasiya məktubu yazmaq, tələb olunan sənədlərin toplanması, viza randevusunun alınması, sığortanın edilməsi və sənədlərinizin yoxlasınmasına tam dəstək olacayıq. İspaniya təhsil vizası ilə bağlı suallarınız və ya müraciət üçün bizimlə əlaqə saxlayın:
Ünvan: Fikrət Əmirov 1, Bakı
Telefon: 050 319 51 11