Company logo
Mündəricat
Tayland elektron vizasını necə əldə etmək olar?
A person icon Viza eksperti komandası
Calendar icon Dek. 27, 2024, 17:59
Clock icon 1 minute read
Eye icon 3571
None

Hər il 40 milyondan çox turistin ziyarət etdiyi Tayland — qızıl məbədləri, Andaman dənizinin sahilləri, Banqkokun gecə bazarları və tropik adaları ilə Azərbaycan vətəndaşlarının da getdikcə daha çox seçdiyi istiqamətlərdən biridir. Sevindirici odur ki, Tayland Krallığı Azərbaycan vətəndaşları üçün vizanı tam onlayn — elektron viza (e-Visa) sistemi ilə verir. Yəni səfirliyə şəxsən getmək, növbə gözləmək və ya sənədləri kuryerlə göndərmək artıq lazım deyil.

Bu məqalədə Tayland e-vizası ilə bağlı bilməli olduğunuz hər şeyi addım-addım izah edirik.


Ümumi məlumat

 Tayland vizası üçün müraciət prosesi 8 oktyabr tarixinə kimi Ankaradakı Tayland səfirliyi şəxsən gedərək və ya kuryerlə sənədləri yollayaraq müraciət etməyi tələb edirdi. Lakin indi Tayland vizası almaq prosesi sadələşdirilib və artıq elektron viza sistemi vasitəsilə həyata keçirilir.

 Beləki, siz, elektron formada şəxsi məlumatlarınızı tam doldurduqdan sonra ərizənizi ödəniş edərək, təsdiqləyirsiniz. Tayland vizasına müraciət etmək üçün pasportunuzun Taylanddan qayıtdıqdan sonra ən az 6 ay etibarlılıq müddəti olmalıdır.

 


Viza prosesi və rüsumu

E-viza müraciəti üçün aşağıdakı sənədlər skan və ya rəqəmsal formatda tələb olunur:

  1. Xarici pasportun biodata səhifəsinin skanı (səfərdən sonra ən azı 6 ay etibarlılıq müddəti qalmalıdır)
  2. Son 6 ay ərzində çəkilmiş rəqəmsal fotoşəkil (ağ fon)
  3. Şəxsiyyət vəsiqəsinin skanı
  4. Gediş-dönüş aviabilet bronu
  5. Otel və ya yaşayış yeri rezervasiyası
  6. Maliyyə imkanını göstərən bank arayışı/çıxarışı       

 Qeyd edilən sənədlər Tayland vizasına müraciət üçün skan formatda lazımdır. Tayland vizasına müraciət etdikdən sonra viza cavabı 5-15 iş günü ərzində bəlli olur və müraciət zamanı qeyd etdiyiniz emailə göndərilir.

 


Tayland vizası üçün ən çox verilən suallar

Ən çox verilən suallar
 

Tayland vizası üçün səfirliyə getmək lazımdırmı? Xeyr. E-viza sistemi tam onlayndır, şəxsi iştirak tələb olunmur.

Neçə gün əvvəl müraciət etməliyəm? Səyahət tarixindən ən azı 3-4 həftə əvvəl müraciət etmək tövsiyə olunur.

Viza rədd olunarsa nə etməliyəm? Rədd səbəbini araşdıraraq əskik və ya problemli sənədləri düzəldib yenidən müraciət etmək mümkündür. Peşəkar dəstəklə bu addımı daha effektiv idarə etmək olar.

Uşaqlar üçün ayrıca sənəd lazımdırmı? Bəli, 18 yaşdan aşağı şəxslər üçün valideyn icazə sənədi tələb oluna bilər.


 

Tayland e-vizası müraciəti sadə görünsə də, sənədlərin düzgün hazırlanması, maliyyə sübutunun formalaşdırılması və formanın dəqiq doldurulması təsdiq şansına birbaşa təsir edir. Viza Eksperti komandası olaraq 6 illik təcrübəmizlə son bir ildə 2000-dən çox müraciəti uğurla nəticələndirmişik.
 

Xidmətimizə daxildir:

  • Sənədlərin peşəkar qaydada hazırlanması və yoxlanılması
  • Onlayn ərizə formasının dəqiq doldurulması
  • Otel və bilet bronlarının təşkili
  • Prosesin başdan sona izlənilməsi və konsultasiya

     

Ünvan: Üzeyir Hacıbəyov 69e Bakı Telefon: 050 319 51 11

Tayland vizası ilə bağlı rahat və etibarlı dəstək üçün Viza Eksperti hər zaman sizin yanınızdadır!


Recent Blogs