Heard of the Skyscraper work into he Make head in it a int the fight world into the make it Technique?
- Almaniya ailə birləşməsi vizası üçün tələb olunan sənədlər
- A1 sertifikatı
- Nikah sənədi - Leqallaşdırma prosesi
- Almaniya səfirliyində milli viza üçün randevu almaq
Almaniya ailə birləşməsi vizası
- Almaniya ailə birləşməsi vizası üçün tələb olunan sənədlər
- A1 sertifikatı
- Nikah sənədi - Leqallaşdırma prosesi
- Almaniya səfirliyində milli viza üçün randevu almaq
Almaniya ailə birləşməsi vizası üçün Bakıdakı Alman səfirliyinə müraciət edilir. Milli viza növü olan bu vizanın proses müddəti 4-8 həftə, bəzən isə daha uzun çəkə bilər.
Almaniya ailə birləşməsi vizası üçün tələb olunan sənədlər
Vizaya müraciət üçün sənəd siyahısı aşağıdakı kimidir:
Pasport
ŞV surəti
Nikah* (leqallaşdırılmış versiyada)
3.5x4.5 ağ fonda 3 ədəd biometrik şəkil
Yoldaşınızın pasportu və oturum izni
Yoldaşınızından qeyri-rəsmi dəvət
A1 sertifikatı
A1 sertifikatı
Milli vizaya müraciət üçün (ailə birləşməsi) müraciətçinin A1 sertifikatı olması mütləqdir. Goethe-Institutunun və ya telc-institutunun „Start Deutsch 1“ sertifikatı, alternativ olaraq, Avstriyanın Alman Dili Diplomu (ÖSD) və ya TestDaF sertifikatları təqdim edilə bilər. Əgər sizin dəvət edən yoldaşınızın Almaniyadakı statusu Blue-Card-dırsa, bu halda A1 sertifikatını təqdim etməkdən azadsınız. Əgər yoldaşınızın statusu tələbə, iş vizası və ya Alman vətəndaşıdırsa, bu halda A1 sertifikatını səfirliyə təqdim etmək mütləqdir.
Nikah sənədi - Leqallaşdırma prosesi
Evliliyinizin sübutu olaraq, nikah sənədini leqallaşmış formada səfirliyə görüş günü verməlisiniz. Leqallaşdırma prosedurunu 5 saylı ASAN XİDMƏT mərkəzinin konsulluq xidməti bölməsində edib, daha sonra Alman səfirliyinin konsulluq şöbəsində təsdiq etmək lazımdır, Almaniya ailə birləşməsi vizasının alınması üçün bunu etmək mütləqdir. Əgər rəsmi nikahınızın hələ yoxdursa, Almaniyadakı nikah dairəsində görüş alıb (RADHAUS), nikah günü sənədi ilə də milli vizaya sənədləri təqdim etmək olar.