Heard of the Skyscraper work into he Make head in it a int the fight world into the make it Technique?
- Ümumi məlumat
- Müraciət qaydası
- Viza almaq üçün önəmli məqamlar
- Fransa vizası üçün tələb olunan önəmli sənədlər
- Fransa vizasının rüsumları
- Viza verilmə qaydası
- Viza ekspertinin viza dəstəyi xidmətləri və prosesdə rolu
Fransa vizasını necə almaq olar?

- Ümumi məlumat
- Müraciət qaydası
- Viza almaq üçün önəmli məqamlar
- Fransa vizası üçün tələb olunan önəmli sənədlər
- Fransa vizasının rüsumları
- Viza verilmə qaydası
- Viza ekspertinin viza dəstəyi xidmətləri və prosesdə rolu
Fransa, zəngin tarixi, möhtəşəm mədəniyyəti və dadlı mətbəxi ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Şengen vizasını aldıqdan sonra mütləq görməli olduğunuz yerlər arasında Parisin rəmzi olan Eyfel qülləsi və incəsənət dünyasının incisi Luvr Muzeyi var. Möhtəşəm sarayları ilə tanınan Versal Sarayı, Fransa tarixinin şah əsərlərindən biridir. Cənub sahillərindəki Fransız Rivierası – Nitsa, Kann və Monako isə təbii gözəlliyi və lüks atmosferi ilə seçilir. Tarixi və memarlıq möcüzələrindən biri olan Mont-Saint-Michel adası da unudulmaz bir səfər üçün ideal seçimdir.
Ümumi məlumat
Fransa şengen vizası sizə Fransaya, həmçinin, Şengen müqaviləsinə daxil olmağa icazə verən viza növüdür. Fransa turist vizasının müddəti 90 günə kimidir. Əgər siz Fransada və ya digər şengen zonasına daxil olan ölkələrdə 90 gündən daha artıq qalmağı planlayırsınızsa, milli vizalar – iş, təhsil və digər vizaları əldə etməlisiniz. Fransa vizasını müraciət etdikdən sonra cavab, ortalama, 7-10 kalendar gününə bəlli olur. Bəzi hallarda, xüsusilə də Bakıda yaşayan əcnəbilərin müraciətlərində cavab gec çıxa bilər.
Müraciət qaydası
Fransa şengen vizası müraciət etmək üçün onlayn qaydada randevu təyin etmək lazımdır. Viza prosesinin idarə olunması Fransa səfirliyi tərəfindən CAPAGO BAKU şirkətinə həvalə edilib. Mərkəz eyni zamanda, digər Şengen ölkələrinə viza almağa da yardımçı olur. Bu ölkələr, İspaniya, Portuqaliya, Niderland, Belçika, İsveç və digər ölkələr aiddir. Viza mərkəzinin – CAPAGO Baku-nın xidmət haqqı (30 avro) qeydiyyat keçən zaman onlayn qaydada ödənilir, yalnız bundan sonra sizin emailinizə görüş təsdiqi göndərilir.
Fransa viza mərkəzinin Capago Baku Globus center, 14-cü mərtəbədə yerləşir.
Fransa şengen vizası müraciət etmək üçün onlayn qaydada randevu təyin etmək lazımdır. Viza prosesinin idarə olunması Fransa səfirliyi tərəfindən CAPAGO BAKU şirkətinə həvalə edilib. Mərkəz eyni zamanda, digər Şengen ölkələrinə viza almağa da yardımçı olur. Bu ölkələr, İspaniya, Portuqaliya, Niderland, Belçika, İsveç və digər ölkələr aiddir. Viza mərkəzinin – CAPAGO Baku-nın xidmət haqqı (30 avro) qeydiyyat keçən zaman onlayn qaydada ödənilir, yalnız bundan sonra sizin emailinizə görüş təsdiqi göndərilir.
Viza almaq üçün önəmli məqamlar
Digər şengen viza müraciətlərində olduğu kimi, Fransa turist vizasına müraciət zamanı da rəsmi iş yerinin olması arzuolunandır. Bakıdakı Fransa səfirliyinin viza müraciəti zamanı fikir verdiyi əsas məqamlar rəsmi iş yerinin olması və ya aktiv sahibkarlıq fəaliyyəti, yəni ölkəyə bağlılıqdır. Bunlar olmadığı halda sponsurla da viza almaq mümkündür, amma bu hal çox spesifik case-lərə aiddir. Rəsmi iş yeri və maliyyə sənədlərindən əlavə, səfər məqsədi ilə bağlı da sənədlər təqdim edilməlidir, bu sənədlərə otel-bilet bronları, sığorta və varsa, dəvət (varsa) və s. sənədlər aiddir.
Fransa vizası üçün tələb olunan önəmli sənədlər
Fransa(səyahət) şengen vizası üçün tələb olunan sənəd siyahısı aşağıdakı kimidir (ümumi):
Pasport (qayıdış tarixindən sonra ən az 90 gün qüvvədə olmalıdır) və surəti
3.5x4.5 ağ fonda biometik şəkil (2 ədəd)
Şəxsiyyət vəsiqənizin surəti
Bankdan arayış və çıxarış (məbləğ səfər müddətindən asılı olaraq dəyişir)
Maaş kartından 6 aylıq çıxarış
Debit kartlardan çıxarış
İş arayışı* ( əlavə olaraq, e-gov.az portalından da iş arayışı tələb oluna bilər)
Evlisinizsə, nikah sənədiniz*
Azyaşlı övladınız varsa, onun doğum sənədi*
Otel, bilet bronu
Sığorta
Keçmişdə alınmış Şengen vizalarının surəti və Şengen ölkələrinə giriş-çıxış möhürləri
Səfəriniz işlə bağlıdırsa, dəvət məktubu
*-la olan sənədlər ingiliscə deyilsə, ingilis dilinə tərcümə və təsdiq edilməlidir. Səfirlik siyahı qeyd edilən sənədlərdən əlavə, sənəd tələb etmək hüququ var.
Əlavə olaraq, müraciət edən şəxs sahibkardırsa, fiziki şəxs olan vergi ödəyicisi Fransa vizası üçün bunları təqdim etməlidir:
Vöen*
Vergilər Nazirliyindən ən az son 2 rübün dövriyyəsi haqqında arayış*
Vöen-ə bağlı bank hesabından 6 aylıq çıxarış
Fransa şengen vizası üçün müraciət edən müraciətçi Hüquqi şəxsin təsisçisidirsə, aşağıdakı sənədləri təqdim etməlidir:
Vöen* və reyster çıxarışı*
Vöen-ə bağlı bank hesabından 6 aylıq çıxarış
Vergilər Nazirliyindən ən az son 2 rübün dövriyyəsi haqqında arayış*
Müraciətçi tələbədirsə, təhsil aldığı müəssisədən tələbə arayışı* təqdim etməlidir.
*-la olan sənədlər ingiliscə deyilsə, ingilis dilinə tərcümə və təsdiq edilməlidir. Səfirlik siyahı qeyd edilən sənədlərdən əlavə, sənəd tələb etmək hüququ var.
Fransa vizasının rüsumları
Viza rüsumu 35 avro, viza administrativ mərkəzinin haqqı(standart xidmət) isə 30 euro-dir. Viza mərkəzinin xidmət haqqı görüş alan zaman onlayn qaydada ödənir. Viza rüsumu isə nəğd manatla, ya da kartla görüş günü yerində ödənir.
Viza mərkəzində Standart xidmətdən istifadə edirsinizsə, görüşə vaxtında getməyiniz olduqca önəmlidir. Siz eyni zamanda əlavə ödənişlə, Fransa vizanızın cavabını şəxsən təhvil almaq yerinə, kuryer tərəfindən çatdırılmasını da istəyə bilərsiniz.
Viza verilmə qaydası
İlk viza müraciətdə adətən, Fransa vizası, təkgirişli (single entry) verilir. Məsələn, siz 1-10 yanvar tarixlərinə viza istədiyiniz halda, Fransa vizası sizə 11 günlük viza verir, əlavə olaraq, 15 gün də dəhliz vizanız da qeyd edilir, dəhliz olduğu halda yenə də sizə 11 gündən artıq qala bilmərsiniz, sadəcə səfəriniz 15 gün gələcək tarixə sürüşdürə bilərsiniz. Fransa vizanızda qeyd edilən bitmə tarixi (expiry date) isə sizin ölkədən çıxacağınız son gün olmalıdır. Bu sizin artıq 2-3cü vizanızdırsa, Fransa səfirliyinin sizə çoxgirişli (multiple entry) viza vermə ehtimalı daha yüksəkdir. Bu halda, adətən, siz 90 gün qala bilirsiniz. Fransa vizasında 90 günlük qalma müddəti 6 aylıq period ilə əhatələnir, yəni siz hər 6 ayda 90 gün qala bilərsiniz.
Fransa vizasıyla hansı ölkələrə gedə bilərəm?
Fransa vizası aldığınız zaman Şengen zonasında olan ölkələrə giriş-çıxış edə bilərsiniz. Yalnız sizi ölkəyə buraxıb, buraxmamaq sərhəd xidmətinin əməkdaşının qərarıdır. Gələcək şengen viza müraciətləriniz üçün Fransaya ilk girişi etməyiniz arzuolunandır.
Fransaya multi vizanı necə almaq olar?
Şengen multi viza dedikdə, çox girişli və çıxışlı viza nəzərdə tutulur. Bu viza verildiyi halda adətən, 3 aylıq, 6 aylıq, 1 illik, 2 və ya 5 illik olur. İlk dəfə və ya ikinci dəfə müraciət edilən viza müraciətlərində multi-viza almaq şansınız bir qədər aşağıdır, növbəti vizaları isə multi ala bilərsiniz.
Multi viza almaq üçün əlavə motivasiya məktubu yazaraq, səfər məqsədinizi və multi viza almaq istəyinizi əsaslandıra bilərsiniz, həmçinin, Viza Eksperti komandası bu məktubu yazmağa sizə yardımçı ola bilər.
Viza ekspertinin viza dəstəyi xidmətləri və prosesdə rolu
Viza ekspertinin viza dəstəyi xidmətləri və prosesdə rolu
Viza eksperti şirkəti olaraq biz, otel və bilet bronlarının edilməsi, viza ərizə formasının doldurulması, sığorta (əlavə ödənişlə) edilməsi, sizin adınızdan motivasiya məktubunun yazılması, sizin case-inizə uyğun şengen viza üçün sənəd siyahısı tərtib olunub, daha sonra sənədləriniz yoxlanması, həmçinin, səfirlikdə və ya viza mərkəzində viza görüşünün alınması və s. xidmətləri göstəririk.
Siz Fransa turist vizasına müraciət etməzdən öncə sizin ümumi vəziyyətinizi analiz edib, viza alıb-almamaq ehtimallarınızı sizə bildirəcəyik, əlavə olaraq, siz Fransa vizası alana kimi sizə dəstək olacayıq.
Recent Blogs


Tayland elektron vizasını necə əldə etmək olar?
